Qazaxıstan DİN: Aktobedə 6 terrorçunun axtarışı davam etdirilir

Qazaxıstan DİN: Aktobedə 6 terrorçunun axtarışı davam etdirilir
# 09 iyun 2016 05:49 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın polis və xüsusi xidmət orqanları Aktobe şəhərində silah dükanları və hərbi hissəyə hücum etməkdə şübhəli bilinən 6 nəfərin axtarışını davam etdirir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Daxili işlər nazirliyinin rəsmisi Almas Sadubayev bəyan edib.

"Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. 6 nəfər axtarışdadır”, deyə A.Sadubayev bildirib.

Qeyd edək ki, iyunun 5-də Aktobe şəhərində baş vermiş silahlı insident nəticəsində 3-ü hərbi qulluqçu olmaqla 7 nəfər ölüb. Ümumilikdə, tibb müəssisələrinə 38 nəfər müraciət edib. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən antiterror əməliyyatı nəticəsində 13 cinayətkar məhv edilib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev iyunun 9-nu milli matəm günü elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR