Tiflis meri: “Türkiyə şirkətlələri Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır”

Tiflis meri: “Türkiyə şirkətlələri Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır”
# 21 avqust 2014 20:16 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Türkiyə Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü ilə Tiflis şəhər meri David Narmanianın bu gün baş tutan görüşündə səsləndirilib. Görüşdə Türkiyə səfiri Z.L.Gümrükçü Türkiyə şirkətlərinin gələcəkdə Gürcüstan paytaxtında həyata keçiriləcək layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib. Səfir Tiflis şəhər merini seçkilərdə əldə etdiyi qələbəyə görə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb: “Mən artıq altı aydır ki, Gürcüstandayam və Tiflisin gözəl şəhər olduğuna bir daha əmin oldum. Buna görə də şəhərin merinə xüsusi uğurlar arzulamaq istəyirəm. Görüşdə biz Türkiyə şirkətlərinin meriya tərəfindən elan olunan bütün layihələrdə iştirak etməyə hazır olduğunu bildirdik. Türkiyə tərəfi investisiya olunacaq layihələrlə tanış olmağa hazırdır”, deyə Türkiyə səfiri bildirib.

Tiflis şəhər meri David Narmaniya jurnalistlərə açıqlamasında Türkiyə şirkətlərinin Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlı olduğunu bildirib: “Bu layihələrimizə investisiya yatırmaqda maraqlı olan Türkiyə şirkətləri ilə meriyada xüsusi təqdimat təşkil edə bilərik”, deyə D.Narmania bildirib.

Şəhər meri görüşdə Gürcüstan və Türkiyə paytaxtlarının qardaşlaşması barədə də məsələyə baxıldığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR