Türkiyədə ABŞ səfirliyi qarşısında törədilən partlayışa görə üç nəfər həbs olunub

Türkiyədə ABŞ səfirliyi qarşısında törədilən partlayışa görə üç nəfər həbs olunub
# 02 fevral 2013 20:29 (UTC +04:00)

Bakı-APA. Türkiyə polisi Ankarada ABŞ səfirliyi qarşısında özünü partladan terrorçu ilə əlbir olmaqda şübhəli bilinən üç nəfəri həbs edib. Xatırladaq ki, səfirliyin mühafizəçisinin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olmuş terror aktını özünü partlatmaqla 40 yaşlı DNKP-C təşkilatının üzvü Ecevit Şanlı adlı həyata keçirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, terrorçu son vaxt Almaniyada yaşayıb. İki həftə əvvəl o gizli yolla İstanbula gəlib və burada saxta sənədlər əldə edərək Ankaraya gəlib.

ABŞ-ın Türkiyədəki səfiri Fransis Rikkardione bu gün partlayış nəticəsində həlak olmuş səfirliyin mühafizəçisinin dəfnində iştirak edib. Terrorçunun cəsədinin qalıqları onun ailə üzvlərinə təhvil verilib. Partlayış nəticəsində yaralanmış NTV telekanalın keçmiş müxbiri Didəm Tuncay hələ də xəstəxananın reanimasiya şöbəsində qalmaqdadır.

Bir qədər əvvəl verilən məlumata görə, ABŞ səfirliyinin qarşısında törədilən partlayışa görə məsuliyyəti solçu radikal İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DNKP-C) öz üzərinə götürüb.

Qeyd edək ki, 1974-cü ildə yaradılan İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi bundan əvvəl də ABŞ və NATO-nun oyektlərinə terror hücumları təşkil edib. Bu qruplaşma ABŞ-ın terror təşkilatları siyahısına daxil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR