Milli Məclisin sədri Qazaxıstan səfiri ilə görüşüb

Milli Məclisin sədri Qazaxıstan səfiri ilə görüşüb
# 08 aprel 2013 09:24 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Milli Məclisinin Oqtay Əsədov Qazaxıstan səfiri Amangəldi Jumabayevlə görüşüb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlığın indiki durumu və perspektivləri, eləcə də katibliyi Bakıda yerləşən TürkPA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri, qarşılıqlı maraq doğuran digər mövzular haqda da fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR