Fransız və erməni deputatlar tərəfindən döyülən Azərbaycan diasporunun rəhbəri Parisdə Azərbaycan dilinin kütləvi tədrisinə başlayıb - FOTOSESSİYA

Fransız və erməni deputatlar tərəfindən döyülən Azərbaycan diasporunun rəhbəri Parisdə Azərbaycan dilinin kütləvi tədrisinə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2013 13:35 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 17-də təşkilat Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinin binasında Paris və Paris ətrafı şəhərlərdə yaşayan azərbaycanlı uşaqlar üçün ilk Azərbaycan dili dərslərini təşkil edib.

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva uşaqları və valideynləri salamladıqdan sonra Azərbaycan dili dərslərinin tədrisi və dərs proqramı haqqında məlumat verib. Mirvari Fətəliyeva eyni zamanda Azərbaycan dili dərslərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Fransada doğulub böyümüş azərbaycanlı uşaqlarının gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün həftəsonu tədris edilən bu dərslərinin rolu çox böyükdür.

Həftəsonu dərsləri 4 yaşından 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Şagirdlər yaş və dil səviyyəsinə görə iki sinfə ayrılacaq. Təmənnasız tədris edilən Azərbaycan dili dərsini Azərbaycan Evinin təhsil işləri üzrə məsləhətçisi Aygün Əyyubova və Azərbaycan Evinin incəsənət işləri üzrə məsləhətçisi Mehri Quliyeva aparacaq.

Tədris proqramında Azərbaycan haqqında ümumi məlumat, onun tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti kimi mövzular cəmləşdirilib.

Novruz bayramına həsr olunmuş ilk dərsdə həm də şagirdlərə dərslik və dərs ləvazimatları paylanılıb. Uşaqların böyük maraqla qarşıladığı ilk dərs günü uğurla yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR