Malayziyada törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb

Malayziyada törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb
# 28 iyun 2016 03:52 (UTC +04:00)

Bakı-APA. Malayziyanın Puçonq şəhərində gecə klubunda partlayış törədilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, naməlum şəxs kluba gələrək içəriyə qumbara atıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hüquq-mühafizə orqanları hadisənin terror aktı olması versiyasını istisna edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR