Şirvanda baş verən silahlı insidentlə bağlı iki nəfər həbs edilib - VİDEO

Şirvanda baş verən silahlı insidentlə bağlı iki nəfər həbs edilib - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 12:24 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində baş verən silahlı insidentlə əlaqədar məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Şirvan Şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, noyabrın 5-də gecə saat 23.00 radələrində baş verən silahlı insidentlə əlaqədar iki nəfər şübhəli şəxs qismində tutulub. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, H.Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.

Məlumata görə, istintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E.Nəciyev Şirvan şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər Xəstəxanasının ərazisində tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR