Sabah Bakıda ətraf mühitin mühafizəsi üzrə beynəlxalq sərgi açılacaq - FOTO

Sabah Bakıda ətraf mühitin mühafizəsi üzrə beynəlxalq sərgi açılacaq - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 11:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA Sabah Bakıda ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” (“CTE-2012”) sərgi işə başlayacaq. APA-nın xəbərinə görə, bu münasibətlə təşkil olunan mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsinə həsr olunan bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ətraf mühitin qorunması və təbiətdən rasional istifadə sahəsində ən böyük tədbirlərdən biridir. Onun sözlərinə görə, bu il beynəlxalq sərgi Azərbaycanın və xarici ölkələrin təmiz texnologiyalar bazarını təmsil edən aparıcı simaları, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının nümayəndələrini bir araya gətirəcək. O qeyd edib ki, ekologiyanın qorunması və mövcud problemlərin qarşısının alınması hər zaman dövlətin və cəmiyyətin ən mühüm problemlərindən biri olub. Bu istiqamətdə ölkədə mühüm tədbir və proqramlar həyata keçirilir. Azərbaycanda təşkil olunan beynəlxalq sərgi də bu sahədə qarşılıqlı fikri mübadiləsinin aparılmasına və müəyyən sahədə birgə razılıqlara gəlinməsinə öz töhfəsini verəcək.

Sərginin meneceri Rəna Abutalıbova isə bildirib ki, “CTE-2012” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai və dövlət təşkilatları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR