Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub - VİDEO - YENİLƏNİB

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2015 13:02 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.

*** *** ***

12.24

Tovuz. Azər Məmmədli – APA. Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə hücum edilib.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.

Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR