"Bank Melli İran"ın "Mehr" MMC-yə qarşı şikayəti əsasında məhkəmə başa çatıb

"Bank Melli İran"ın "Mehr" MMC-yə qarşı şikayəti əsasında məhkəmə başa çatıb
# 02 iyun 2016 07:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində "Bank Melli İran" bankının "Mehr" MMC-yə qarşı şikayəti əsasında məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, prosesdə bankın əməkdaşı apellyasiya şikayətindən imtina etdiklərini bildirib. Buna görə də məhkəmə işə xitam verib.

Qeyd edək ki, bank borcun ödənilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan bank isə apellyasiya şikayəti verib.

“Mehr” MMC Bakıda Mehr Tibb Mərkəzi kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR