BQXK iki mülki Azərbaycan vətəndaşının Ermənistanla sərhəddə minaya düşərək həlak olmasından narahatdır

BQXK iki mülki Azərbaycan vətəndaşının Ermənistanla sərhəddə minaya düşərək həlak olmasından narahatdır
# 16 aprel 2013 13:36 (UTC +04:00)

Bunu APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, BQXK bununla bağlı hakimiyyət orqanları və bu sahədə fəaliyyət göstərən qurumlarla iş aparacaq.

İ. Hüseynova deyib ki, BQXK mina təhlükəsizliyinə dair proqramı Azərbaycanda yeni fəaliyyət göstərməyə başlayanda həyata keçirib. Bununla belə, minadan zərər çəkmiş insanlara və mina partlayışı zamanı başçısını itirmiş ailələrə dəstək proqramı var. Bu proqramı BQXK-nın dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) həyata keçirir: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları həm aprelin 2-də həlak olmuş Sabir Kərimovun, həm də aprelin 15-da həlak olmuş Adil Vəliyevin ailəsinə baş çəkərək qiymətləndirmə həyata keçirəcəklər. Mina hadisəsi nəticəsində həlak olmuş şəxs ailənin yeganə qazanc gətirəni idisə, həmin ailəyə birdəfəlik yardımlar ediləcək”.

Qeyd edək ki, Qazax rayonu Xanlıqlar kənd sakini Sabir Kərimov aprelin 2-də Ermənistanla sərhəddə meşə zolağında minaya düşərək həlak olub. Onun meyiti bir neçə gündən sonra ərazidən çıxarılaraq dəfn edilib.

Xanlıqlar kənd sakini, 1990-cı il təvəllüdlü Adil Habil oğlu Vəliyev isə aprelin 15-də kəndin ərazisindəki meşə sahəsində neytral zonada minaya düşüb. Erməni tərəfinin atəş açması meyitin ərazidən çıxarılmasına mane olub. BQXK-nın erməni tərəfi ilə apardığı danışıqlardan sonra atəş dayandırılıb və A. Vəliyevin meyiti ərazidən götürülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR