İlin əvvəlindən Azərbaycanda 125 mln. ton yük daşınıb

İlin əvvəlindən Azərbaycanda 125 mln. ton yük daşınıb
# 22 avqust 2014 11:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,9 mln. ton yük daşınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft yüklərinin həcmi 3,6% artaraq 87,6 mln. tona çatıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56,2%-i avtonəqliyyat, 29,4%-i boru kəməri, 9,8%-i dəmir yolu, 4,6%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük daşınması 4,8% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 75,8% təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə yük daşınması yanvar-iyul aylarında 12,2 mln. ton olub. Orta hesabla sutkada 587 vaqon yüklənib, 597 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,1 min ton, Qərb istiqaməti üzrə 7,0 min ton və Cənub istiqaməti üzrə 5,8 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,7 mln. ton təşkil edib. Yüklərin 57,4%-ni neft yükləri, 42,6%-i isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib. Bu ilin yanvar-iyul aylarında dəniz limanlarında 7,0 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənmiş yüklərin 85,9%-ni beynəlxalq tranzit yüklər təşkil edib. Bu il avqust ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 92,6 min ton idxal yüklərin qalığı olub.

Aavtomobil nəqliyyatı ilə 70,2 mln. ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% artım qeydə alınıb. Yük dövriyyəsi 2,8% artıb.

Hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi ötən illin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 64,8 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR