Qəzzada sutka ərzində əksəriyyəti qadın və uşaq olmaqla 100-dən çox insan ölüb

Qəzzada sutka ərzində əksəriyyəti qadın və uşaq olmaqla 100-dən çox insan ölüb
# 21 iyul 2014 23:23 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinlilərə Yardım Agentliyi (UNRWA ) məlumat yayıb.

Məlumata əsasən, həlak olan 107 nəfərin 23-ü qadın, 35-i uşaqdır. UNRWA qeyd edir ki, Qəzza zolağında vəziyyətin gərginləşdiyi dövrdə, ümumilikdə, 100-dən çox uşaq ölüb.

Son sutka ərzində, həmçinin, 13 israilli hərbçinin öldüyü bildirilir.

Qeyd edək ki, iyulun 17-də İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında quru əməliyyata start verildiyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR