Paşha Bank
Bank Of Baku

Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan

© APA | Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan

# 27 noyabr 2026 17:29 (UTC +04:00)

Azərbaycan və Ermənistan sülhün institusionallaşdırılması istiqamətində irəliləməli olduqlarını qəbul edib.

"Armenpress" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “Sülh körpüsü” təşəbbüsünün iştirakçıları olan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Kostanyan Azərbaycan nümayəndə heyətinin üzvlərinin Ermənistanın xarici siyasəti və iki ölkə arasında münasibətlərin normallaşması prosesinin hazırkı dinamikası ilə bağlı suallar ünvanladıqlarını deyib.

“Əsas başlanğıc nöqtəsi ondan ibarətdir ki, Ermənistan və Azərbaycan irəliləməli və sülhü institusionallaşdırmalıdırlar”, – nazir müavini vurğulayıb.

O, həmçinin, TRIPP layihəsini müzakirə etdiklərini və bu istiqamətdə son hadisələrlə bağlı məlumatları iştirakçılarla bölüşdüyünü qeyd edib.

Xatırladaq ki, “Sülh körpüsü” təşəbbüsünün beşinci dəyirmi masası noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində keçirilib. Görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin 60-a yaxın nümayəndəsi iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR