"Volkswagen" ABŞ-da "dizel qalmaqalı"nın fəsadlarını aradan qaldırmaq üçün 10 mlrd. dollar ödəyəcək

"Volkswagen" ABŞ-da "dizel qalmaqalı"nın fəsadlarını aradan qaldırmaq üçün 10 mlrd. dollar ödəyəcək
# 24 iyun 2016 08:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Volkswagen" ABŞ-da "dizel qalmaqalı"nın fəsadlarının aradan qaldırılması üçün 10,2 mlrd. dollar xərcləyəcək.

"APA-Economics" xəbər verir ki, bu vəsaitinin böyük bir qismi 2 litrlik dizel mühərriklə təchiz olunmuş "Volkswagen" sahiblərinə ödəniləcək. Onların sayı təxminən 480 min nəfər təşkil edir və hər birinə 1000-7000 dollar kompensasiya veriləcək.

Vəsaitin qalan qismi geri çağırılan avtomobillərdəki uyğunsuzluğun aradan qaldırılmasına yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR