TürkPA-nın baş katibi: “Qazaxıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın yanındadır”

TürkPA-nın baş katibi: “Qazaxıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın yanındadır”
# 15 aprel 2015 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə Xocalı məsələsinə ədalətli qiymətin verilməsində daim Azərbaycanın suveren hüququnu dəstəkləyir və sülhün bərqərar olmasını istəyir”. APA-nın məlumatına görə, bunu TürkPA-nın Qazaxıstandan olan baş katibi Jandos Asanov deyib.

J. Asanov bildirib ki, bu, Qazaxıstan rəhbərliyinin birmənalı mövqeyidir və rəsmi Astana Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tələb edir: “Bütün bu tələblərin fonunda Qazaxıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın yanındadır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR