Göyçayda saxta əskinaslarla alver edən şəxslər saxlanılıb

Göyçayda saxta əskinaslarla alver edən şəxslər saxlanılıb
# 27 oktyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göyçay rayonunda saxta əskinaslarla alver edən şəxslər tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da Göyçay rayonunun Hacalı kənd sakini Oqtay Osmanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 3 nəfər ona saxta 20 manatlıq əsginas verib ərzaq məhsulları alıb.

Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov yaxalanıb. A. Abdullazadənin Hacalı kəndində yaşayan əmisi Zahir Abdullayevin həyətyanı sahəsinə baxış zamanı 16 ədəd saxta 20 manatlıq əsginas aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR