Saatlı və Sabirabadda 20 məntəqədə “exit poll” keçirilir

Saatlı və Sabirabadda 20 məntəqədə “exit poll” keçirilir
# 01 noyabr 2015 09:41 (UTC +04:00)

Salyan. Neftçala. Əlibəy Zeynallı - APA. Saatlı, Sabirabad I və Sabirabad II seçki dairələri üzrə 20 məntəqədə “exit poll” keçirilir.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 62 saylı Saatlı Seçki Dairəsi üzrə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Təşkilatı 2 məntəqədə, ABŞ-ın “AJF & Associates İnc.” şirkəti 2 məntəqədə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 4 məntəqədə “exit poll” keçirir.


63 saylı Sabirabad I Seçki Dairəsi üzrə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı 2 məntəqədə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 4 məntəqədə “exit poll” aparır.


64 saylı Sabirabad II Seçki Dairəsi üzrə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı 2 və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 4 məntəqədə “exit poll” keçirir.


Saatlıda seçkiləri 532, Sabirabad I Seçki Dairəsində 437, Sabirabad II Seçki Dairəsində 455 yerli müşahidəçi izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR