“Expressbank” ad günü olanlar üçün yeni güzəştli kredit aksiyası keçirir

“Expressbank” ad günü olanlar üçün yeni güzəştli kredit aksiyası keçirir
# 30 sentyabr 2014 08:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Expressbank” ad günü olanlar üçün yeni güzəştli kredit aksiyası təqdim edir. Belə ki, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və “Visa Gold” kartı hədiyyə olunur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, əgər müştəri “ExpressCard” kredit məhsulunu sifariş edərsə, ona həmin kart “Visa Gold” əsasında veriləcək.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və “ExpressPay” ödəniş terminalı vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR