Azərbaycanın fond bazarında brokerlərin aprel renkinqində birinciliyi «International Transaction System» ələ keçirib

Azərbaycanın fond bazarında brokerlərin aprel renkinqində birinciliyi «International Transaction System» ələ keçirib
# 02 may 2013 14:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprel ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «International Transaction System» MMC başçılıq edir.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında şirkət ümumi dəyəri 109,738 mln. manat olan broker xidmətləri göstərib. İkinci yeri ümumi həcmi 60,081 mln. manatlıq broker xidmətləri göstərmiş «Standard Capital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 42,477 mln. manatla «Pasha Capital» qərarlaşıb.

Mövqe

(aprel, 2013)

Mövqe

(mart, 2013)

Brokerlər

Əməliyyatların həcmi (AZN)

1

-

International Transaction System

109 738 343,04

2

2

Standard Capital

60 080 788,75

3

4

Pasha Capital

42 476 522,00

4

6

Chelsea Capital

34 445 980,55

5

3

Texnika Kapital Management

23 839 309,59

6

7

Unicapital

10 182 953,11

7

1

BoB Broker

9 991 280,00

8

5

Brokdil-Az

7 461 234,42

9

-

ADB-Broker

5 277 697,22

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR