Azay Quliyev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Azay Quliyev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 28 mart 2013 12:05 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpazla Şuranın ofisində görüşüb.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir R.Harpaz Azərbaycan-İsrail əlaqələrinin həmişə səmimi dostluq və qarşılıqlı anlaşma münasibətləri səviyyəsində qurulmasından danışıb və ölkəsinin analoji qurumlarının ictimai fəaliyyətlə bağlı bir sıra sahələrdə Şura ilə əməkdaşlıq etmək niyyətlərini açıqlayıb.

A.Quliyev Azərbaycanda QHT sektorunun sürətli inkişafını və rəhbərlik etdiyi qurum vasitəsilə dövlətin vətəndaş cəmiyyəti institutlarını dəstəklədiyini qeyd edib. Şuranın yardımı ilə hər il yüzlərlə QHT layihəsinin həyata keçirildiyini vurğulayan A.Quliyev Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələrinin genişləndiyini və bu sahədə bir sıra ölkələrlə əməkdaşlığın konkret nəticələr verdiyini bildirib.

Şura sədri A.Quliyev və səfir R.Harpaz gələcək əməkdaşlığın forma və istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR