Paşha Bank
Bank Of Baku

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

lovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak

© APA | lovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak

# 29 sentyabr 2026 19:04 (UTC +04:00)

"Suverenlik, konstitusiya, kimlik, azadlıq və demokratiya kimi anlayışlar xüsusilə öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır".

APA xəbər verir ki, bunu Bakıda Slovakiya Respublikasının Konstitusiya Günü və Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak deyib.

O bildirib ki, suverenlik uğrunda mübarizə aparan və öz ərazisini qoruyan bir ölkədə bu sözlər tamamilə fərqli məna kəsb edir: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib. Azərbaycanı 30 illik mübarizəsinin uğurla nəticələnməsi münasibətilə bir daha təbrik edirəm. Avropa İttifaqı və NATO-dakı dostlarımız və müttəfiqlərimizlə birlikdə biz həmişə sülh uğrunda mübarizə apardığımızı, sülhün xalqlarımız üçün ən vacib dəyər olduğunu bildiririk. Lakin biz yalnız günəşli günlərin müttəfiqi olmaq istəmirik”.

O, Avropada təhlükəsizlik vəziyyətinin mürəkkəb olduğunu bildirib və Slovakiyanın NATO çərçivəsində müttəfiqlərinə dəstək verdiyini qeyd edib: “Burada olmaqdan, milli bayramımızı sizinlə birlikdə qeyd etməkdən və sabah mühüm ADEX müdafiə sərgisində iştirak etməkdən çox məmnunam".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR