Gəncədə “Ordu və xalq birdir” devizi altında bədii-təşviqat marafonunun açılışı olub - FOTOSESSİYA

Gəncədə “Ordu və xalq birdir” devizi altında bədii-təşviqat marafonunun açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2015 13:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Azərbaycan Müdafiə Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə MDB hökumət başçıları şurasının qərarına əsasən “Ordu və xalq birdir” devizi altında bədii-təşviqat marafonunun açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəsmiləri, Şəmkir hərbi birləşməsinin komandiri, Milli Qəhrəman general-leytenant Rövşən Əkbərov, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və içtimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Böyük vətən müharibəsində iştirak edənlərin xatirəsinə ucaldılan abidə önündə Gəncədə olan müharibə veteranları ilə görüş keçirilib və Gəncə Dövlət Dram Teatrın aktyorlarının hazırladığı kompozisiyaya baxılıb.

Sonra tədbir Heydər Əliyev park kompleksinin girişində yeləşən park - Zəfər tağı önündə davam etdirilib. İştirakçılar Azərbaycanın hərb tarixində qəhrəmanlıq göstərən şəxslərin şəkillərinin əks olunduğu sərgi ilə tanış olublar və onlara Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlar barədə məlumatlar verilib.

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək son illər Azərbaycanda ordu quruculuğu və Böyük vətən müharibəsi veteranlarına göstərilən qayğıdan danışıb.

R. Əkbərov bildirib ki, azərbaycanlıların böyük vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar xalqımızın gücündən xəbər verir. O, ordumuzun günü-gündən gücləndiyini və hər an ermənilər tərəfindən işğal olunan torpaqların geri qaytarılmasına hazır olduğunu bildirib.

D. Rzayev isə Gəncədə Böyük vətən müharibəsi veteranlarına yüksək qayğı göstərildiyini bildirib və şəhər icra hakimiyyətinin başçısını “Veteranların qayğıkeşi” diplomu ilə təltif edib.

Bədii-təşviqat marafonunun məşəlini tədbirə Müdafiə Nazirliyinin zabiti, mayor Ramil Səfərov gətirib.

Xüsusi təyinatlı əsgərlər döyüş bacarıqlarını nümayiş etdiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR