Kanada parlamentində atışma törədən şəxsin kimliyi müəyyənləşdirilib

Kanada parlamentində atışma törədən şəxsin kimliyi müəyyənləşdirilib
# 23 oktyabr 2014 01:34 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, cinayətkarın Kanada vətəndaşı, 1982-ci il təvəllüdlü Kvebek sakini Mişel Zihaf-Bibo adlı şəxs olduğu ehtimal olunur. Onun bir müddət əvvəl İslam dinini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, ov tüfəngi ilə silahlanmış şəxs fəxri qarovul əsgərini güllələyərək parlamentin binasına daxil olub. Atışma zamanı cinayətkar öldürülüb. Son məlumata görə, insident zamanı qarovul əsgəri və parlament mühafizəçisi daxil olmaqla 3 nəfər yaralanıb.

Bundan əvvəl atışmanın eyni vaxtda bir neçə yerdə baş verdiyi bildirilirdi. Yerli KİV-lər atışmanın parlamentin binasında, oteldə və “Rideau Centre” Ticarət Mərkəzində törədildiyini bildiriblər. Yerli mətbuat, həmçinin, bir neçə cinayətkarın hələ də azadlıqda olduğunu qeyd edib. Lakin, bu məlumatlar hələlik polis tərəfindən təsdiqlənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR