Fransa mətbuatı: ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Fransa prezidentlərinin danışıqlarını səfirliyin damından dinləyirdilər

Fransa mətbuatı: ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Fransa prezidentlərinin danışıqlarını səfirliyin damından dinləyirdilər
# 25 iyun 2015 09:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Fransa KİV-lərinin kəşfiyyatın fəaliyyəti üzrə ixtisaslaşmış jurnalist Jan-Mark Manaşın materiallarına istinadən yaydıqları xəbərlərdə deyilir.

J. Manaşın yazdığına görə, 2004-2005-ci illərdə ABŞ səfirliyi binasının damında təmir işləri aparılıb və nəticədə orada əlavə mərtəbəyə bənzər tikili əmələ gəlib. Əslində bu, brezent yaxud da digər yüngül materialdan hazırlanmış bir tikili idi. Sonra rəssamlar onun üzərinə divar və pəncərələr çəkiblər.

Ehtimal olunur ki, “tikili”nin içərisində telefon danışıqlarını dinləməyə imkan verən avadanlıqlar quraşdırılıb. İddiaya görə, bu obyektdə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları işləyirdi.

Qeyd olunur ki, telefon danışıqlarının izlənilməsi üçün çox əlverişli məkan seçilib. Belə ki, ABŞ səfirliyinin yaxınlığında Yelisey sarayı, Fransa Xarici İşlər Nazirliyi və parlament binası yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR