Ötən ay Azərbaycanda 0,3% inflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda 0,3% inflyasiya qeydə alınıb
# 05 noyabr 2014 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,6% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb.

Ay ərzində yumru düyü, brınza pendiri, alma, armud, nar, kələm, göyərti, göy lobya, şirin bibər, baş soğan, şəkər və müxtəlif içli şokoladlı konfetlərin qiymətlərində ucuzlaşma, buğda unu, manna yarması, peçenye, toyuq və əlavə toyuq məhsulları, balıq məhsulları, quru süd, yumurta, günəbaxan yağı, mərcinin və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR