Gürcüstandan Azərbaycana sement ixracı azalıb

Gürcüstandan Azərbaycana sement ixracı azalıb
# 25 noyabr 2014 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana sement ixracı azalıb.

APA-Economics”in Gürcüstan Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində qonşu ölkədən Azərbaycana 14 359,6 min ABŞ dolları dəyərində 195 704,2 min ton sement gətirilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 48,3% azdır.

Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan sementin həcmi dəyər baxımından da 48,6% azalıb.

Bu il ərzində Gürcüstandan ölkəmizə 26 754,3 min dollar dəyərində 10 669,9 ton diri çəkidə iri buynuzlu mal-qara gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çəki baxımından 32,0%, dəyər baxımından isə 32,3% azdır.

Bu müddət ərzində qonşu ölkədən ölkəmizə 22 416,6 dollar dəyərində 1 649,8 min ton dərman preparatı gətirilib. Bu, ötən ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 16,8%. dəyər baxımından isə 49,9% çoxdur.

Qeyd edək ki, bu ilin on ayı ərzində Gürcüstandan Azərbaycana 473 778,6 min dollar dəyərində mal idxal edilib. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 18,6% azdır. Azərbaycandan Gürcüstana isə bu müddət ərzində 509 360,4 min dollar həcmində mal aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR