Ketrin Eşton: “Ümidvaram ki, Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək”

Ketrin Eşton: “Ümidvaram ki, Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək”
# 26 noyabr 2012 20:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda səfərdə olan Avropa Birliyinin Ali Komissarı Ketrin Eşton bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili və baş nazir Bidzina İvanişvili ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Şereton Metexi Palas mehmanxanasında jurnalistlər üçün görüşün nəticələri barədə mətbuat konfransı keçirən AB-nin Ali Komissar Ketrin Eşton ümidvar olduğunu bildirib ki, Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək və onun Avropa strukturlarına inteqrasiyası davam edəcək. Ali Komissar jurnalistlərə məlumatında Gürcüstanda keçirilən parlament seçkilərinin demokratik yolla həyata keçirildiyini və hakimiyyətin sakit tərzdə təhvil verildiyindən məmnun qaldığını bildirib. K. Eşton Avropa Birliyinin xüsusi diqqətinin prezident Mixail Saakaşvili və baş nazir Bidzina İvanişvilinin konstruktiv əməkdaşlığına yönəldiyini qeyd edib. Eşton bu yolda qanunun aliliyinə və hüquq prinsiplərinə əməl olunacağına əmin olduğunu da vurğulayıb. O, qeyd edib ki, hər iki lider ilə görüşdə Gürcüstanın təhlükəsizliyi və bu istiqamətdə AB-nin monitorinq fəaliyyəti də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR