“Expressbank” elektron arayışlar əsasında kreditlər təklif edir - FOTO

“Expressbank” elektron arayışlar əsasında kreditlər təklif edir - <span style="color: red;">FOTO
# 29 mart 2015 07:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Expressbank” Elektron Hökumət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər.

Hazırda “Expressbank”ın MXD, Mərkəz, Yasamal, Neftçilər və Sumqayıt filiallarında e-arayışlardan istifadəyə start verilib. Yaxın zamanda digər filiallarda da e-arayışlar tətbiq olunacaq.

Qeyd edək ki, “Expressbank” müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir. Müştərilər “Expressbank” filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10000 manatadək, maksimal müddəti isə 36 ay ola bilər.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR