Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 27 may 2015 10:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini dərmandan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Şəhla Əsədova dərmandan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərildikdən sonra onun həyatını xilas etmək mümkün olub. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirirlər. Araşdırma zamanı məlum olub ki, Ş. Əsədova sakitləşmək üçün həkimin ona yazdığı dərman həblərini normadan dəfələrlə çox qəbul etdiyi üçün zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR