FHN Zərdabda təlim keçirib - FOTOSESSİYA

FHN Zərdabda təlim keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 05 aprel 2013 10:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları tərəfindən Zərdab rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib. Bu barədə APA-ya Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Təlimə Zərdab rayon İcra Hakimiyyəti başçısının Aparatı, rayon Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub. Kompleks təlimin keçirilməsində əsas məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından ibarət olub. Eyni zamanda bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı praktik vərdişlərin aşılanması da hədəf seçilib.

Təlim zamanı qarşıya qoyulan tapşırıqlar yüksək səviyyədə yerinə yetirilib. Təlimdə Zərdabın hərbiləşdirilməmiş dəstələrinin 200 nəfər şəxsi heyəti və 48 ədəd texnikası iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR