Bakıda 27 yaşlı oğlan su çənində boğularaq ölüb

Bakıda 27 yaşlı oğlan su çənində boğularaq ölüb
# 07 iyul 2014 12:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 27 yaşlı oğlan su çənində boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər su çəninə düşüb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Pərviz İsmayıl oğlu Qasımov yaşadığı evin həyətində hündürlüyü təxminən 2 metr olan içərisi su ilə dolu olan su çəninə düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə P.Qasımovu su çənindən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. İlkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR