Azərbaycanda inşa ediləcək neft-kimya kompleksi Qazaxıstanda müzakirə olunacaq

Azərbaycanda inşa ediləcək neft-kimya kompleksi Qazaxıstanda müzakirə olunacaq
# 26 mart 2015 09:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Qazaxıstanda keçiriləcək “Mərkəzi Asiyada neft emalı və neft-kimya” II beynəlxalq konfransında iştirak edəcək.

APA-Economics” Qazaxıstanın “oilnews.kz” saytına istinadən xəbər verir ki, iyunun 17-18-də keçiriləcək konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan nümayəndə heyəti iştirak edəcək.

Konfransda “Azərbaycan, Qazaxıstan və Türkmənistanda neft-kimya komplekslərinin inşası”, “Modernləşdirmə templəri və neft emalı gücünün artırılması”, “Mərkəzi Asiya ölkələrinin iqtisadi sahələrinin xammalla təminatı və təchizat sistemlərinin optimallaşdırılması”, “Qazaxıstanda 4-cü neft emalı zavodunun inşası”, “İstehsalda ekoloji təhlükəsizlik”, “Avtomatlaşdırma və enerji səmərəliliyi hesabına əməliyyat xərclərinin azaldılması” məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, konfransda Azərbaycan tərəfdən SOCAR və “Azərkimya” İstehsalat Birliyi təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR