Avropa Şurasının nümayəndələri Mətbuat Şurasında olublar - FOTO

Avropa Şurasının nümayəndələri Mətbuat Şurasında olublar - <span style="color: red;">FOTO
# 24 iyun 2015 14:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndələri Leila Marçaniya və Şahin Abbasov Mətbuat Şurasında olublar. Şuradan APA-ya verilən xəbərə görə, qurumun sədri Əflatun Amaşov rəhbəri olduğu təşkilatın söz və ifadə azadlığı istiqamətində Avropa Şurasının Bakı Ofisi ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Avropa Şurası nümayəndələrinin Azərbaycana səfəri qurumun “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və mətbuat azadlığı” layihəsi əsasında reallaşdırılmaqdadır.

Layihə barədə məlumat verən L. Marçaniya mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə də əlaqələrin zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR