XİN: Arif Məmmədovun statusu tam araşdırılacaq

XİN: Arif Məmmədovun statusu tam araşdırılacaq
# 03 iyun 2015 14:49 (UTC +04:00)

"Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır", - deyə H. Hacıyev APA-ya bildirib.

Xatırladaq ki, A. Məmmədov “facebook” sosial şəbəkəsindəki statusunda Binəqədi rayonunda binada yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR