Barak Obama: “Bostondakı partlayışları törədən şəxslər aşkarlanıb məhkəmə qarşısına çıxarılacaq”

Barak Obama: “Bostondakı partlayışları törədən şəxslər aşkarlanıb məhkəmə qarşısına çıxarılacaq”
# 18 aprel 2013 21:59 (UTC +04:00)

Bakı-APA. “Bostonda törədilən partlayışlar və terror təhlükəsi amerikalıları öz ideallarından döndərməyəcək, təqsirli şəxslər aşkarlanıb məhkəmə qarşısına çıxarılacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama terror aktı qurbanlarının xatirəsinə təşkil olunmuş anım mərasimində bəyan edib.

Xatırladaq ki, aprelin 15-də Bostonda keçirilən beynəlxalq qaçış marafonunda 12 saniyə intervalı ilə iki partlayış törədilib. Nəticədə 3 nəfər həlak olub: Çin vətəndaşı olan qadın və biri 8 yaşlı uşaq olmaqla iki amerikalı. Xəsarət alanların sayı 163 nəfər təşkil edib.

“Boston – bizim ümumi evimizdir... Biz zərərçəkənlərin şəfası üçün dua edirik... Siz nümayiş etdirdiniz ki, amerikalılar pislik və qəddarlığın qarşısında diksinmir, qarşılıqlı köməyə, dostluğa, məhəbbətə sadiq qalır... Boston sakinləri onları əllərində aparıb, onlar üçün evlərinin qapılarını açıb, qanlarını verib”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, azad və açıq cəmiyyət qurulmasına terrorçuların mane olmaq səyləri iflasa uğrayacaq. “Bu cür hadisələr bizi dayandırmayacaq. Və siz bunu sübut etdiniz”, deyə prezident Barak Obama Boston sakinlərinə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR