Bakıda “Bank VTB”nin Müşahidə Şurasının iclası keçirilib

Bakıda “Bank VTB”nin Müşahidə Şurasının iclası keçirilib
# 22 oktyabr 2014 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabrın 22-də Bakıda “Bank VTB” ASC-nin Müşahidə Şurasının iclası keçirilib.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) “APA-Economics”ə verilən məlumata görə, iclas “Bank VTB”nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclasdır.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.

İclasda bankın fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR