Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 26 noyabr 2012 16:27 (UTC +04:00)

Bakı – APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda öncə ötən həftə ərzində görülən işlər və partiyadaxili məsələlər müzakirə olunub.

Sonra Müsavat Partiyasının başqanı İsa Qəmbərin Almaniya və Brüsselə səfəri və orada keçiriləcək görüşlər haqqında fikir mübadiləsi aparılıb. AXCP fəalı Dəyanət Babayevin həbsinə etiraz bildirilib.

Divan Müsavat Partiyası Məclisinin üzvü, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun müdafiəsi istiqamətində ABŞ, Norveç səfirliklərinin və ATƏT-in Bakı ofisinin göstərdiyi səyləri müsbət dəyərləndirib, lakin Azərbaycan məhkəmə sisteminin bu işi uzatmasından və Nigar Yaqublunun hələ də həbsdə saxlanmasından narahatlığını ifadə edib.

Yığıncaqda 10 dekabr - Beynəlxalq İnsan Haqları günü münasibətilə Milli Məclisin qarşısına təyin olunmuş aksiyaya hazırlıq məsələlərini müzakirə edilərək, bu barədə İctimai Palatanın Koordinasiya Şurasının da qərarı nəzərə alınmasını məqsədəuyğun hesab edilib.

Sonda cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR