Xaçmaz rayonunun daha 2 kəndinə təbii qaz verilib

Xaçmaz rayonunun daha 2 kəndinə təbii qaz verilib
# 05 fevral 2013 10:17 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Xaçmaz rayonunun Çuxuroba və Maşıoba kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.

«APA-Economics»in məlumata görə, tədbirdə “Azəriqaz” İB-nin və Xaçmaz rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 22 abonenti olan Çuxuroba və 30 abonenti olan Maşıoba kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3500 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ümumilikdə 52 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR