Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə gördüyü işlərin nəticələrini Strasburqda təqdim edəcək

Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə gördüyü işlərin nəticələrini Strasburqda təqdim edəcək
# 07 noyabr 2014 08:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda deyib.

E. Məmmədyarov bildirib ki, təfərrüatlara varmadan, Azərbaycanın hər kəsin mənafeyi naminə konsensual nəticəyə nail olmaq üçün dialoq və kompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətlə nəzərəçarpacaq cəhdlər nümayiş etdirməsi ilə fəxr edirəm: “Mən inanıram ki, Azərbaycanda təşkil olunmuş 18 tədbirin hər biri Avropa Şurasının səylərinə praktik giriş nöqteyi-nəzərindən faydalı olub. Fikrimizcə, Azərbaycan da Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilib. Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkə ilə tarixi dostluq münasibətləri olan ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq”.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan da Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilib: “Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkə ilə tarixi dostluq münasibətləri olan bir ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq. Bir çoxunuz qonşuluq siyasətinin Nazirlər Şurası tərəfindən 2011-ci ilin may ayında İstanbulda başladıldığını xatırlayır. Üç illik mövcudluğu dövründə təşkilatın coğrafi hüdudlarından kənarda belə Avropa Şurasının dəyərlərinin və standartlarının tanıdılması istiqamətində bu, özünü uğurlu bir vasitə olduğunu sübut edib. Bu müddət ərzində hər birinə xüsusi yanaşma nümayiş etdirməklə siyasi dialoq inkişaf etdirilib və bir sıra tərəfdaş ölkələrlə birgə əhəmiyyətli əməkdaşlıq proqramları həyata keçirilib. Avropa Şurasının məqsədi qarşılıqlı maraq doğuran sahələrdə standartlarını və təcrübəsini bölüşməklə tərəfdaş ölkələri dəstəkləməkdir. Həmçinin, bu, Avropada və onun ətrafında stabilliyin təmin olunmasından ötrü terrorizm və qaçaqmalçılıq kimi transsərhəd təhdidlərə qarşı mübarizənin daha da artırılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR