Azərbaycanın 15 rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın 15 rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 15 oktyabr 2014 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Bərdə rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Bakının Sabunçu və Yasamal rayonlarının bir hissəsinə, saat 12:00-dan 17:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Nəsimi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Ağdam rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Abşeron, Ucar, Qazax, Ağstafa, Astara, Xızı, Göyçay və Samux rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR