“ASAN Xidmət”in uğurları Lordlar Palatasının rəsmi hesabatında nümunə kimi göstərilib

“ASAN Xidmət”in uğurları Lordlar Palatasının rəsmi hesabatında nümunə kimi göstərilib
# 20 oktyabr 2014 08:31 (UTC +04:00)

Bakı – APA. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən innovativ Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) haqqında təqdim edilən məlumat Böyük Britaniya Parlamentinin Lordlar Palatasının Elektron Bacarıqlar üzrə Komitəsinin hazırladığı rəsmi hesabatda dərc edilib. Məlumat Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tərəfindən təqdim olunub.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, L. Zetter deyib ki, Böyük Britaniya hökuməti də ASAN modelinin nailiyyətlərindən bəhrələnə bilər. İctimai xidmətlər üçün mərkəzi və yerli hökumət büdcələrinin azaldıldığı, lakin ictimaiyyətin hələ də yüksək standartlara cavab verən xidmətlər gözlədiyi Böyük Britaniyaya münasibətdə bu cür yanaşmaların konseptuallaşdırılması məqsədəuyğun olardı. Sənəddə izah edilir ki, “ASAN Xidmət” kimi innovasiyalar xidmət göstərənlər arasında bölüşülən məlumat həcminin artması və bununla səmərəliliyin yüksəlməsi və qiymətlərin aşağı salınmasına xidmət edir.

Təqdim olunan məlumata əsasən “ASAN Xidmət” ilə bağlı bütün ödənişlər internet vasitəsilə (online) həyata keçirilir və göstərilən xidmətlərin keyfiyyəti və sürəti Böyük Britaniyadakından daha yüksəkdir. Rəqamsal innovasiyalar vasitəsilə xidmətlər daha da çevik və səmərəli olub və korrupsiya əməliyyatları üçün imkanlar aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, hazırda Böyük Britaniyada pilot mərhələsində olan “Universal Credit” əməliyyat konsepsiyasının da həyata keçirilməsinə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR