Rusiya dünya bazarında neftin qiymətinin stabilləşməsi üçün hasilatı azalda bilər

Rusiya dünya bazarında neftin qiymətinin stabilləşməsi üçün hasilatı azalda bilər
# 21 noyabr 2014 11:02 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya hökuməti dünya bazarında neftin qiymətinin stabilləşməsi üçün öz hasilatını azalda bilər.

APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Bununla belə, A. Novak qeyd edib ki, bu məsələ ciddi şəkildə incələnməlidir: “Çünki Rusiyanın dövlət büdcəsi önəmli dərəcədə neft sektorundan asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR