Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 17 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 17 dəfə pozub
# 28 iyun 2016 07:09 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR