Azərbaycan prezidenti monqolustanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti monqolustanlı həmkarını təbrik edib
# 09 iyul 2016 14:06 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorjanı Monqolustanın milli bayramı münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Prezident İlham Əliyev dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR