Xaçmazda iş adamı qətlə yetirilib

Xaçmazda iş adamı qətlə yetirilib
# 16 iyun 2016 07:50 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda qətlə hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR