Adil Qeybulla: “Hazırda mitinq keçirmək məqsədəuyğun deyil"

Adil Qeybulla: “Hazırda mitinq keçirmək məqsədəuyğun deyil"
# 17 aprel 2015 12:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Mən inanmıram ki, Müsavat Partiyasının təşkil etdiyi etiraz yürüşü və ya aksiyası yüksək səviyyəli alınsın. Hesab edirəm ki, mitinq üçün şəraiti gözləmək və kütləviliyi artırmaq lazımdır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.

A. Qeybulla bildirib ki, indiki məqamda Müsavatın və digər müxalif qüvvələrin mitinq keçirməsi məqsədəuyğun deyil: “Bu gün cəmiyyətdə mitinqlərdə say məsələsi sanki reytinq əmsalına çevrilib ki, bu da partiyaların ictimai nüfuzuna təsir edir. Əgər Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünə icazə verilməyibsə, keçirilən hər hansı aksiya qeyri-qanuni sayılacaq və qarşıdurma ilə müşayiət olunacaq. Eyni zamanda Azərbaycanda Avropa Oyunları ərəfəsində mümkün qədər sabitliyi qorumağa çalışmalıyıq. Həddən artıq və məzmunsuz qarşıdurmalar, ölkənin imicinə zərbə vuracaq addımları məqsədəuyğun saymıram. Son aksiyalar da göstərdi ki, insanlar mitinqlərə həvəs göstərmirlər və ona görə də kütləvilik alınmır. Bu baxımdan da indiki mitinq keçirmək effekt verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR