Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq
# 30 oktyabr 2012 09:58 (UTC +04:00)
Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 31-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 31-də temperatur rejimində mühüm dəyişiklik olmasa da, respublikanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin tutqun olacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR