Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 11 oktyabr 2012 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,14 dollar və ya 1,2% azalaraq 1 barelə görə 91,25 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 10-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar və ya 0,1% azalaraq 114,23 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR