Sabah «Bank of Azerbaijan»ın yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq

Sabah «Bank of Azerbaijan»ın yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq
# 03 sentyabr 2012 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 4-dən etibarən Bakı Fond Birjasında (BFB) «Bank of Azerbaijan» ASC-nin adi adıl sənədsiz səhmlərinin əlavə yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 825 min ədəd, emissiyanın ümumi həcmi isə 16,5 mln. manat təşkil edir. «Bank of Azerbaijan»ın səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» şirkəti çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 49,2% artaraq 50 mln. manata çatacaq.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 33,5 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR